12:23 Oxunub: 242

Soros fondu Qarabağa da sızdı... -Deyəsən, aranı qarışdıracaq...

Soros fondu Qarabağa da sızdı... -Deyəsən, aranı qarışdıracaq...

Azərbaycanın işğal altındakı Xankəndi şəhərində Ermənistan vətəndaşı Daniel İoannisyanın rəhbərlik etdiyi “Məlumatlı vətəndaşlar” təşkilatının filialı açılıb.

Moderator.az xəbər verir ki, işğalçı ölkə nəşrlərinin yaydığı məlumata görə, D.İoannisyan ümumdünya dələduzu Corc Sorosun məşhur fondu ilə bağlı dairələrdə tanınan bir şəxsdir.

Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən “Məlumatlı vətəndaşlar” təşkilatının rəhbəri Xankəndində “parlament spikeri”, “ədliyyə naziri”, “ombudsman”, “ictimai televiziya” sədri, “mərkəzi seçki komissiyasının sədri” hesab olunan adamabənzər məxluqlar, eləcə də vətəndaş cəmiyyəti fəalları ilə görüşüb.

Görüşlər zamanı 8 sentyabrda keçirilməsi planlaşdırılan “yerli idarəetmə orqanlarına seçkilər”, o cümlədən Xankəndi “merinin seçilməsi” ilə bağlı məsələlər müzakirə edilib. İoannisyanın təşkilatı sentyabrdakı “bələdiyyə seçkiləri”ndə müşahidəçi kimi qeydiyyatdan keçmək niyyətindədir.

“Yeni yaradılmış təşkilatın Qarabağda 2020-ci ilin yazına planlaşdırılan “parlament və prezident seçkiləri”nə hazırlıqla bağlı vəziyyətə nəzarət etmək üçün bütün resurslarından istifadə edəcəyini ehtimal etmək çətin deyil. Xankəndində Sorosla əlaqəli təşkilatın bir filialının açılmasına Ermənistan Respublikası hakimiyyətinin “inqilab” adı altında “Artsax Respublikası”na küçə iğtişaşlarını ixrac etməsi vəzifəsi kontekstində baxılmalıdır”-Ermənistan saytı belə yazır.
XƏBƏR LENTİ