13:40 Oxunub: 231

İcra hakimiyyətindən Ağstafadakı ad qalmaqalına - REAKSİYA

İcra hakimiyyətindən Ağstafadakı ad qalmaqalına - REAKSİYA
Ağstafa Rayon İcra Hakimiyyəti rayonun adının əks olunduğu löhvədə “Ağstafa” sözünün “Agtafa” yazılmasına münasibət bildirib.

İH-dən Oxu.Az-a bildirilib ki, foto təmir zamanı hərflər sökülərkən çəkilib:

“Biz hərflərin hazırlanmasına baxdıq, formata uyğun deyildi və xoşumuza gəlmədi. İcra başçısı Nizaməddin Quliyev qərar verdi ki, həmin hərflər yenidən düzəldilsin. İşləri həyata keçirən təşkilat hərfləri söküb aparıb, həcmində və formasında dəyişiklik edəcəklər. Orada onlarla adam işləyib, biz özümüz nəzarət etmişik. “S” hərfi var idi”.


İcra hakimiyyətindən Ağstafadakı ad qalmaqalına - REAKSİYA
XƏBƏR LENTİ