17:21 Oxunub: 239

Bakıda ailə faciəsi: Ad günündə dənizdə boğuldular

Bakıda ailə faciəsi: Ad günündə dənizdə boğuldular

Xəzər dənizinin Bakının Pirşağı ərazisində bacı-qardaş batıb.


Azerbaycaninsesi.com.az "istipress”ə istinadən xəbər verir ki, Şəkinin Kiçik Dəhnə kəndindən olan və müvəqqəti olaraq Bakıda yaşayan Xəzər Rüstəmovun ailəsi dənizdə faciə yaşayıb.



Ailənin bu il 10-ci sinfi bitirmiş qızı Gülər və 5-ci sinfi bitirmiş oğlu Dəniz axşam saat 19 radələrində Pirşağı çimərliyində çimərkən boğulublar.


Onların dənizdə burulğana düşdükləri deyilir. Uşaqlar boğularkən bacı - ailənin digər qızı xilas edilib, ailə ikinci qızın ad gününə yığışıbmış.


Boğulan bacı-qardaş Şəkinin Kiçik Səhnə kəndindəki 2 saylı orta məktəbin şagirdləri olublar. Gülər qarşıdakı yeni dərs ilində 11-ci, qardaşı Dəniz isə 6-cı sinifdə oxuyacaqdı.


Mərhumlar bu gün Kiçik Səhnə kəndindəki qəbiristanlıqda dəfn edilib.


Allah ailələrinə səbr versin!
XƏBƏR LENTİ