14:08 Oxunub: 226

Nigeryada daha 4 Türkiyə vətəndaşı qaçırılıb

Nigeryada daha 4 Türkiyə vətəndaşı qaçırılıb

Nigeriyada bir qrup naməlum şəxs dörd Türkiyə vətəndaşını qaçırıb.

SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, hadisə 19 iyul axşamı İlorin əyalətində meydana gəlib.

Türkiyə vətəndaşlarının fidyə almaq məqsədi ilə qaçırıldığı bildirilir.

Onların azad edilməsi üçün müvafiq addımlar atılır.

Ötən həftə göyərtəsində 18 Türkiyə vətəndaşı olan ticarət gəmisinə hücum edilib, 10 nəfər qaçırılıb.

Ümumilikdə qaçırılan türklərin sayı 14-ə yüksəlib.
XƏBƏR LENTİ