16:02 Oxunub: 251

"Nəsiminin doğum tarixini bilməmək savadsızlıq deyil"

"Nəsiminin doğum tarixini bilməmək savadsızlıq deyil"

"Nəsimin doğum gününü bilməmək, savadsızlıq deyil. Azərbaycanın yüzlərlə dahiləri var. Ən savadlı adamlar belə, onların əksəriyyətinin doğum tarixini bilməyə bilər. Biri Nəsimini bilər, o biri yox. O biri Məhəmməd Füzulini bilər, başqası yox".
Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkədə prodüser Tarix Əliyevin paylaşımına yazıb. Sənətçi ARB kanalının müğənnilər arasında apardığı "Nəsiminin doğum tarixi nə vaxtdır" sorğusu haqda paylaşımı qınayıb. namiq sənət adamlarının doğum tarixini bilməməyini normal qəbul etdiyini söyləyib:

"Bunun savadla heç bir əlaqəsi yoxdur. "Savad" sözünü anlamayanlar və savadı olmayanlar belə şeylərlə təsəlli tapırlar. kiminsə savad almaq vaxtı və şəraiti olmaya bilər. Amma məntiqsiz olmaq insanın beyninin boş olmasından xəbər verir. Çoxları anlamır ki, sən belə paylaşımlar edəndə insanların məntiqini və savadını yoxlayırsan. Təəssüf ki, bəziləri öz reaksiyası ilə "Düşüncəsini, məntiqini və məhz savadını" göstərir. Görün nə günə qalmışıq ki, artıq savad toplamaq bir yana, savadın nə olduğunu unutmuşuq. Kimin hansı tarixdə doğulmasını, tarixçilər bilməlidir. Mən bilməli olduğumu gözəl bilirəm.

Nəsimi qəzəllərinin 80 faizini oxuyub, bütün mənalarını xırdalaya bilərəm. İlk addımımı Nəsimini mütaliə edərək başlamışam. Təəssüf ki, qirayətçinin kim olduğunu bilməyənlər bu mövzuda müzakirə aparırlar".
XƏBƏR LENTİ