16:23 Oxunub: 250

Türkiyədə partlayış: ölənlər və yaralananlar var

Türkiyədə partlayış: ölənlər və yaralananlar var

Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsində nəqliyyat vasitəsi partladılıb.

Qaynarinfo CNNTürk-ə istinadən xəbər verir ki, Mehmet Akif Ersoy küçəsində baş verən hadisə nəticəsində 3 suriyalı ölüb, yaralıların olduğu bildirilir.

Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı açıqlama verərək avtomobilin içində bomba olduğunu və hadisənin detallarının tezliklə müəyyənləşəcəyini deyib.
XƏBƏR LENTİ