16:38 Oxunub: 298

Gürcüstandakı proseslərin ƏSL SƏBƏBİ: İvanişvili Yanukoviçin səhvlərini təkrarlayır?

Gürcüstandakı proseslərin ƏSL SƏBƏBİ: İvanişvili Yanukoviçin səhvlərini təkrarlayır?

Tbilisidə 20 iyun hadisələrinin baş verməsinin əsl səbəbi, plana əsasən 2020-ci ildə tikilməsi başa çatmalı olan Anakliya limanıdır.

Politoloq Zaur Məmmədov Redaktor.az-a açıqlamasında Gürcüstandakı proseslərin pərdəarxası məqamlarına aydınlıq gətirib.

Politoloq hesab edir ki, son zamanlar İvanişvili hökumətinin gah nala, gah mıxa vurması Vaşinqton və Moskvanı hərəkətə gətirməli idi:



“Ona görə də bu hadisələr baş verdi. Gürcüstan çox həssas dövrə qədəm qoydu. Anaklia limanı və Vazianidakı hərbi baza kifayət qədər strateji əhəmiyyət kəsb edən yerlərdir. Ukrayna hadisələri zamanı heç kim Rusiyanın Krımı ilhaq etməsinin səbəblərini dərindən təhlil etmədi. Krım Qara dənizdə həm ticarət nəqliyyat portu kimi yerləşəcəkdi, həm də ABŞ-ın hərbi gəmiləri üçün rol oynayacaqdı. Lakin bu məsələnin alınmaması diqqətləri Gürcüstan istiqamətinə çevirdi. Gürcüstan istər Qara dəniz baxımından, istərsə də Rusiya-İran arasında yerləşməsinə görə ABŞ üçün strateji əhamiyyətli coğrafi məkan xüsusiyyətini daşıyır. Krımla bağlı hədəfi baş tutmayan Vaşinqtonun planına əsasən- Anakliada amerikan hərbi bazası olacaq və o baza Rusiya və İranı hədəfə alacaq. Tblisinin planına əsasən isə, iqtisadi port kimi Anaklia Gürcüstana ildə 1 milyard gəlir verəcək. ABŞ-ın bu planları Rusiyanın milli maraqlarına təhdid təşkil edir. Ona görə də Gürcüstan üzərində hər iki tərəf arasında gedən mübarizənin daha da gərginləşməsinin şahidi olacağıq”.

Politoloq Rusiyanın buna qarşı hansı addımalr atacağına da aydınlıq gətirib:

“Anakliya geoiqtisadi və hərbi layihəsinin baş tutması Moskvanın heç vaxt razılaşmayacağı bir senaridir. Belə çıxır kı, Kreml qarşısında bir yol qalır. Nəyin bahasına olursa olsun buna izin verməmək. Solovyovun çıxışı da buna işarə edirdi. Bu mübarizənin kimin xeyrinə bitəcəyini əvvəlcədən bilmək olmaz. Bu konkret gedişlərdən asılı olacaq”.
XƏBƏR LENTİ