15:47 Oxunub: 221

Bakıda dönərxana sahibi tutuldu - 12 nəfər zəhərlənmişdi

Bakıda dönərxana sahibi tutuldu - 12 nəfər zəhərlənmişdi

Bakıda dönər yedikdən sonra 12 nəfərin zəhərlənməsinə görə sahibkar tutulub.
Azerbaycaninsesi.com.az" Qafqazinfo”ya istinadan verdiyi xəbərə görə, iyunun 25-də 12 nəfərin dönər yedikdən sonra zəhərləndiyi Xətai rayonu, Babək prospektində yerləşən "Qədir xum” adlı dönərxananın sahibi cinayət məsuliyyətinə cəlb edilib.

Sahibkar Məmmədov Ramis Arif oğlu Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.
İstintaq davam etdirilir.
XƏBƏR LENTİ