15:30 Oxunub: 313

Prezident İlham Əliyevin oğlu təxris olundu - FOTOLAR

Prezident İlham Əliyevin oğlu təxris olundu - FOTOLAR

İyulun 1-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.

Modern.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsindən tərxis olunan əsgərlər sırasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oğlu gənc Heydər Əliyev də var.

1997-ci il təvəllüdlü Heydər Əliyev ADA Universitetinin bakalavriat pilləsini bitirəndən sonra – 2018-ci ilin yayında Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı "N” saylı hərbi hissəsində hərbi xidmətə başlamışdı.

Heydər Əliyev bütün ali təhsillilər kimi 1 illik hərbi xidmətini başa vurub.

Prezident İlham Əliyevin oğlu təxris olundu - FOTOLAR
Prezident İlham Əliyevin oğlu təxris olundu - FOTOLAR
XƏBƏR LENTİ