12:06 Oxunub: 245

Miçel Azərbaycan millisinə çağırılır?

Miçel Azərbaycan millisinə çağırılır?

"Qarabağ"ın ispaniyalı futbolçusu Miçel Madera millimizdə çıxış edə bilər.

Qol.az xəbər verir ki, bu barədə İspaniyanın "La Nueva Espana" nəşri məlumat yayıb. AFFA-nın bununla bağlı Miçelə təklif göndərdiyi bildirilir.


Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçinin gələn il Azərbaycanda oynamasının 5 ili tamam olacaq. FİFAnın qaydalarına görə, 5 il ölkəmizdə çıxış edən legioner, vətəndaşlıq hüququ ala və milli komandada oynaya bilər.

Xatırladaq ki, Miçelin "Qarabağ"dakı braziliyalı komanda yoldaşı Riçard Almeyda da iki il əvvəl milliləşdirilərək yığmamıza cəlb olunub.
XƏBƏR LENTİ