16:13 Oxunub: 216

Həbsxanada dava - Vəzifəli şəxs işdən çıxarıldı

Həbsxanada dava - Vəzifəli şəxs işdən çıxarıldı

Gürcüstanda uşaqların saxlanıldığı 11 saylı reabilitasiya müəssisəsində fiziki qarşıdurma olub.

İnsident zamanı bir yeniyetmə xəsarət alıb.

Xəstəxanaya çatdırılan yeniyetmənin vəziyyəti sabitdir, həyatına heç bir təhlükə yoxdur. Çənəsindən aldığı xəsarətə görə onun əməliyyat olunacağı gözlənilir.
Gürcüstan Ədliyyə Nazirliyinin Baş Təftiş İdarəsi faktla bağlı araşdırma aparır. Müəssisə direktorunun insidentə görə ədliyyə nazirinin əmri ilə vəzifəsindən uzaqlaşdırıldığı bildirilir.

(Report)
XƏBƏR LENTİ