16:23 Oxunub: 252

Hacı və Nurməhəmməd final görüşünə çıxır

Hacı və Nurməhəmməd final görüşünə çıxır

Azərbaycanın iki güləşçisi “Minsk 2019” II Avropa Oyunlarında bu gün qızıl medal uğrunda həlledici görüşə çıxacaq.

Qol.az-ın məlumatına görə, yığmamızın liderlərindən biri - 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev (65 kq) finalda Vladimir Xinceqaşvili (Gürcüstan) ilə üz-üzə gələcək. İdmançımız bu mərhələyədək Valodya Franqulyan (Ermənistan), George Koliyev (Belarus) və Xor Oqannesyana (Ukrayna) qalib gəlib.

97 kq çəkidə mübarizə aparan Nurməhəmməd Hacıyev isə həlledici görüşdə Abdulrəşid Sadullayevlə (Rusiya) qarşılaşacaq. O, finala kimi Radoslav Baran (Polşa), Elizbar Odikadze (Gürcüstan) və Murazi Mçedlidzeni (Ukrayna) məğlub edib.

Qeyd edək ki, bu çəkilərdə həlledici qarşılaşmalar axşam seansında keçiriləcək.
XƏBƏR LENTİ