09:22 Oxunub: 243

“Putin iki ildən sonra gedəcək... -Rusiyanı genişmiqyaslı böhran gözləyir...”

“Putin iki ildən sonra gedəcək... -Rusiyanı genişmiqyaslı böhran gözləyir...”

"O, öz prezidentlik müddətini tamamlaya bilməyəcək...”

Moskva Beynəlxalq Münasibətlər İnstitutunun ictimai əlaqələr kafedrasının müdiri vəzifəsini siyasi səbəblər üzündən tərk edən tanınmış rusiyalı politoloq Valeri Solovey önümüzdəki iki il ərzində Rusiyanı böyük böhran gözlədiyini bildirib.

Moderator.az xəbər verir ki, İsrail mediasının yaydığı məlumata görə, tarix elmləri doktoru bu haqda “Meduza” portalına geniş müsahibəsində danışıb.

“Rusiya genişmiqyaslı ümummilli böhranla qarşılaşacaq, məhz siyasi... Və bundan sonra ölkədə mövcud rejim dəyişəcək...”-deyə politoloq bəyan edib.

"Putin öz prezidentlik müddətini tamamlaya bilməyəcək və hakimiyyəti tərk edəcək. Bunun hansı ssenariyə əsasən baş verəcəyi daha çox onun özündən asılı olacaq. Amma o, 2024-cü ilə qədər gedəcək - mən bunu sübut edə bilərəm. Vəssəlam. Bu sistem çökəcək - siyasi bir böhran, rejim dəyişikliyi elə budur..."- deyə V.Solovey qətiyyətlə söyləyib.

Qeyd edək ki, xəbərdə əksər proqnozlarının doğru çıxdığı vurğulanan bu Rusiya politoloqunun 2016-cı ilin sonunda Putinin 2017-ci ildə namizədliyini irəli sürməyəcəyi və onun yerinə xələfinin prezident seçiləcəyi barədəki proqnozu doğrulmayıb.

Xatırlaqaq ki, 2017-ci ilin martında 7 illik müddətinə seçilmiş hazırkı Rusiya prezidenti qanunvericiliyə uyğun olaraq 2024-cü ilədək hakimiyyət başında olmalıdır.
XƏBƏR LENTİ