10:58 Oxunub: 250

Azərbaycanın investisiya şirkətlərinin birja dövriyyəsi üzrə renkinqi

Azərbaycanın investisiya şirkətlərinin birja dövriyyəsi üzrə renkinqi

yanvar-may aylarında Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi 8,176 mlrd. manat təşkil edib.

"APA-Economics”in BFB-yə istinadən verdiyi məlumata görə, hesabat dövründə ən böyük əməliyyat həcmi "Paşa Kapital" investisiya şirkətinə məxsus olub – 3,938 mlrd. manat. Ən az dövriyyə isə "BTB Kapital" investisiya şirkətinə məxsus olub. Belə ki, cari ilin ilk beş ayında şirkətin birjadakı dövriyyəsi 43,602 mln. manat təşkil edib.

"APA-Economics” Azərbaycanın investisiya şirkətlərinin birja dövriyyəsi üzrə hazırladığı renkinqi təqdim edir:



#



Şirkət

Dövriyyə, 2019-cu ilin yanvar-may ayları, AZN

1

PASHA Capital

3 938 465 743,74

2

AzFinance

1 351 230 979,81

3

İnvestAz

946 719 121,84

4

Xalq Kapital

919 917 720,07

5

Unicapital

818 923 989,01

6

PSG Kapital

157 430 883,77

7

BTB Kapital

43 602 476,51

XƏBƏR LENTİ