13:58 Oxunub: 220

Qaçqınlar faciə ilə üzləşdi - 22 ölü

Qaçqınlar faciə ilə üzləşdi - 22 ölü

Alboran dənizində Mərakeşdən İspaniyaya üzən mühacirlərin olduğu qayıq qəzaya uğrayıb.

Anews.az BBC-yə istinadən xəbər verir ki, qayığın batması nəticəsində 22 qaçqın boğulub. Hadisə zamanı göyərtədə 49 mühacir olub. Onlardan 27-si xilas edilərək, İspaniyadakı xəstəxanaya yerləşdirilib.

Güman edilir ki, qəzaya qayığın nəzərdə tutulduğundan çox yüklənməsi səbəb olub.(redaktor)
XƏBƏR LENTİ