11:40 Oxunub: 199

Bu məscidin göründüyü elit mənzil ən bahalı oldu- FOTOLAR

Ən dəyərli, yaraşıqlı və rahat mənzillərin harada təklif olunduğunu yəqin bilirsiniz?..
Bu məscidin göründüyü elit mənzil  ən bahalı oldu- FOTOLAR

Kul-Şərif məscidinə baxan lüks mənzil Tatarıstan paytaxtı Qazan şəhərində ən bahalı yaşayış məkanı sayılıb.
Bu məscidin göründüyü elit mənzil  ən bahalı oldu- FOTOLAR
Moderator.az “Kommersant” nəşrinə istinadla xəbər verir ki, bu, "Mənzillər dünyası" portalı ekspertlərinin Rusiyanın beş şəhərində - Qazan, Yekaterinburq, Soçi, Sankt-Peterburq və Moskvada ən bahalı mənzillərin təhlili əsasında tərtib etdiyi reytinq cədvəlindən bəlli olub. Söhbət Qazanın Kasatkin küçəsində, "Renessanc" yaşayış kompleksindəki 360 kvadrat metrlik mənzildən gedir. 139 milyon rubla(təxm. 2 mln. 145 min dollar) təklif olunan həmin mənzil "Qazan kremli"nin qarşısında yerləşir və Tatarıstan paytaxtının əsas məscidinə baxır.

Ancaq bu mənzilin dəyəri Dövlət Duması ilə üzbəüz olan Moskvadakı ən bahalı mənzildən əhəmiyyətli dərəcədə ucuzdur. Həmin mənzil Oxotnı Ryad küçəsində "Moskva" otel kompleksində təklif olunur. 14-cü mərtəbədəki 530 kv.m-lik mənzilin qiyməti 1,7 milyard rubldur(təxm. 26, 23 mln. dollar).

P.S. Ən bahalı, yaraşıqlı və rahat mənzillərin harada təklif olunduğunu yəqin bilirsiniz?..
XƏBƏR LENTİ