09:00 Oxunub: 288

Mikroavtobus aşdı - Xəsarət alanlar var

Mikroavtobus aşdı - Xəsarət alanlar var

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində Gəncə sakini, 1971-ci il təvəllüdlü Tanrıverdiyev Arzu Camal oğlunun idarə etdiyi "Volkswagen” markalı 99 SF 710 dövlət nömrə nişanlı mikroavtobus yoldan çıxaraq aşıb.
Anews.az APA-ya istinadən xəbər verir ki, nəticədə sürücü və avtomobildə olan sərnişin - Gəncə sakini, 1957-ci il təvəllüdlü Hüseynov Tahir Rza oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirlib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ