16:33 Oxunub: 265

Qorxmaz Əlilicanzadə fikrini dəyişdi - 1 saat sonra verilişə gəldi - YENİLƏNİB - FOTO

Qorxmaz Əlilicanzadə fikrini dəyişdi - 1 saat sonra verilişə gəldi - YENİLƏNİB - FOTO

Ötən gün Əməkdar artist fəxri adını alan aktyor Qorxmaz Əlilicanzadə soyadınının düzgün anons edilmədiyi üçün gəlməkdən imtina etdiyi "Hər şey daxil"in efirinə sonradan qatılıb.

Milli.Az xəbər verir ki, şoumen-aktyor verilişin başlamasından təxminən 1 saat sonra efirə gəlib.

Bu da Qorxmaz Əlilicanzadənin verilişdən fotoları:


Qorxmaz Əlilicanzadə fikrini dəyişdi - 1 saat sonra verilişə gəldi - YENİLƏNİB - FOTO
----------
12:02

Ötən gün Əməkdar artist fəxri adını alan aktyor Qorxmaz Əlili "Xəzər" TV-də yayımlanan "Hər şey daxil" verilişinə gəlməkdən imtina edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev (Tolik) proqram zamanı məlumat verib.

"Bu gün buraya gəlməmisiniz. Bu da sizin təbii haqqınızdır. Çünki anonsda sizi yanlış təqdim ediblər. Burada redaktorun günahı yoxdur", - o bildirib.

Qeyd edək ki, Qorxmaz Əlili soyadını Əlilicanzadə olaraq dəyişdirib. Sənətçi hər yerdə soyadının belə səslənməsini istəyir.
XƏBƏR LENTİ