13:09 Oxunub: 229

Abbasla Zamiq də barışdı?

Abbasla Zamiq də barışdı?
Uzun müddətdir küsülü olan Əməkdar artist Abbas Bağırovla müğənni Zamiq Hüseynovun birlikdə fotosu yayılıb.
Axşam.az-ın məlumatına görə, şəkil ifaçılar Moskvada olan zaman lentə alınıb. Fotoda onlarla yanaşı Xalq artisti Röya Ayxan, müğənni Hacı Nazim Məmmədov və stilist Elnur Həsənov da yer alıblar.
Abbasla Zamiqin küsülülüyü dostlarının təkidi ilə bitib. Müğənnilər birlikdə Rusiyada toy məclisinə qatılıblar.

Qeyd edək ki, Abbasla Zamiq illərdir danışmır, eyni məkanda yer alanda bir-birini görməməzlikdən gəlir. Onların küsülülüyünə səbəb isə Zamiqin diqqətsizliyi olub. Bağırov bildirib ki, həmkarı məkanlardan birində ona "salam" verməyib".
XƏBƏR LENTİ