
25 dek 13:21 Oxunub: 24
Sabah hava yağmursuz olacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, dekabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 6-8, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Dekabrın 26-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yolların buz bağlayacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
28-12-2020, 16:45
Prezident beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni yolun açılışında - FOTO
28-12-2020, 13:13
Özünü vəzifəli şəxs kimi qələmə verərək dələduzluq edən Şirvan sakininə qarşı cinayət işi başlandı
26-12-2020, 14:36
Ermənistan SES Azərbaycanın nəzarətinə keçdi – ABŞ şirkəti 180 milyon dollara almışdı…
10-06-2020, 14:21
Qobustan rayonunda yerləşən 7 – saylı yol istismarı MMC direktoru 70 yaşlı Əlikram Cavadov 30 ildən artıq müddət ərzində dövlət büdcəsini talamaqla məşğuldur .
10-08-2020, 12:56
Qobustan rayonunda yerləşən 7 – saylı yol istismarı MMC direktoru 70 yaşlı Əlikram Cavadov 30 ildən artıq müddət ərzində dövlət büdcəsini talamaqla məşğuldur .
18-07-2019, 10:39