14:23 Oxunub: 261

Nazirlik: Ermənilər Füzulidə Hacı Ələkbər məscidini yararsız hala salıblar

Nazirlik: Ermənilər Füzulidə Hacı Ələkbər məscidini yararsız hala salıblar



1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfindən işğalından sonra Hacı Ələkbər məscidi yararsız hala salınıb.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat paylaşıb.

Məlumatda qeyd olunub ki, Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir.

Məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” sözləri yazılıb. Kitabədə məscidin tikilmə tarixi də - hicri tarixi ilə 1307-ci il göstərilir.

Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir.
XƏBƏR LENTİ