12:42 Oxunub: 278

İlin birinci yarısında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 15 faiz artıb

İlin birinci yarısında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 15 faiz artıb

Bu ilin 6 ayında Azərbaycanın ixracı 9,98 milyard ABŞ dolları təşkil edib, ötən ilin müvafiq dövrünə nisbətən 1,3 milyard dollar və ya 15 faiz artıb.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayına istinadla xəbər verir ki, hesabat dövründə qeyri-neft sektoru üzrə 979 milyon dollarlıq ixrac reallaşdırılıb.

Keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 127 milyon dollar və ya 15 faiz artıb. İlin ilk yarısında Rusiyaya 355 milyon, Türkiyəyə 213,3 milyon, Gürcüstana 85,4 milyon, İsveçrəyə 73,5 milyon və İtaliyaya 30,5 milyon dollarlıq qeyri-neft sektoruna aid məhsul ixrac edilib.

Yarım ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 11 faiz, Türkiyəyə 18 faiz, Gürcüstana 15 faiz, İsveçrəyə 6 faiz və İtaliyaya 2,3 dəfə artıb.
XƏBƏR LENTİ