16:19 Oxunub: 212

Ölkəmizdə koronaya yoluxanların sayı artdı

Ölkəmizdə koronaya yoluxanların sayı artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 39 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 255 nəfər müalicə olunaraq sağalıb, 581 nəfər vəfat edib, aktiv xəstə sayı 1 850 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 618, bu günə qədər isə ümumilikdə 1 080 873 test icra olunub.
XƏBƏR LENTİ