14:25 Oxunub: 317

ABŞ aviabazasında atışma: ölən və yaralanan var

ABŞ aviabazasında atışma: ölən və yaralanan var
ABŞ-ın Florida ştatındakı "Hurlbert Field" aviabazasında atışma olub.

Mediabiz.az xarici KİV-ə istinadən xəbər verir ki, aviabazada silahlı insident nəticəsində bir nəfərin öldüyü və bir nəfərin isə yaralandığı bildirilib.
Aviabaza komandiri Coselin Şermerhorn öz "Facebook" səhifəsində bununla bağlı paylaşım edib:

"Bu gün avibazamızda silahlı insident baş verib. İnsident nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Bu faciədən əziyyət çəkənlərin hamısına başsağlığı verirəm".

Yaralanan şəxs xəstəxanaya yerləşdirilib. Baş verən hadsiə ilə bağlı aviabazada arşdırmalar aprılır.
XƏBƏR LENTİ