13:43 Oxunub: 235

Bakıda məşhur məktəbin qalmaqallı direktoru işdən çıxarıldı

Bakıda məşhur məktəbin qalmaqallı direktoru işdən çıxarıldı20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova işdən çıxarılıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Səadət Veysovanın müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri (hazırki nazir müavini) Məhəbbət Vəliyevanın 3 aprel 2018-ci il tarixli əmrinə əsasən, 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən töhmət verilmişdi.
XƏBƏR LENTİ