09:41 Oxunub: 552

Bakıda maşın azyaşlını vurdu

Bakıda maşın azyaşlını vurdu




Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Cəlil Məmmədquluzadə küçəsində 2013-cü il təvəllüdlü Nurullayev Ömər Elvin oğlunu yaşadığı evin yanında avtomobil vurub.

Yaralı təcili yardımın köməyilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ diz qapağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ