14:13 Oxunub: 266

Bakıdan rayonlara torpaq yolla getmək istəyənlərin NƏZƏRİNƏ - Bu istiqamətlərdə kameralar var

Bakıdan rayonlara torpaq yolla getmək istəyənlərin NƏZƏRİNƏ - Bu istiqamətlərdə kameralar var

“Torpaq yola girən sürücü o biri tərəfdən çıxanda kameraya düşəcək”.

Bu sözləri şəhərdən qanunsuz olaraq, torpaq yollar vasitəsilə çıxışın qarşısını almaq barədə Lent.az -a danışan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin torpaq yollardan istifadənin qarşısını almaq üçün başqa tədbirlər nəzərdə tutulmur:

“Bakıya giriş-çıxış üçün qanunsuz olaraq, torpaq yollardan istifadənin qarşısını almaq üçün həmin yerlər qazıldı. Bu barədə mediada da məlumatlar yaymışıq. Başqa əlavə tədbirlər görülməyəcək. Onsuz da həmin ərazilər kameralar vasitəsilə nəzarətdədir. Torpaq yola girən sürücü o biri tərəfdən çıxanda kameraya düşəcək. Buna görə, əslində o torpaq yolları qazmağa da ehtiyac yoxdur. Sürücülər torpaq yoldan istifadə etməsinlər. Çünki giriş-çıxışda heç bir sıxlıq yoxdur. Camaat elə bilirdi ki, giriş-çıxışlarda problem var və hamı ora üz tuturdu. Əvvəla, rayona getmək istəyənlər baxsınlar, “my.gov.az”da onların adı varsa, icazə verilirsə, o zaman getsinlər. Yoxsa, onsuz da geri qaytarılacaq. Təkcə dünən 900 maşın geri qaytarılıb”.

Qeyd edək ki, bir müddət öncə Bakıdan rayonlara üz tutan sürücülər sıxlığa görə torpaq yoldan istifadə etmişdilər.
XƏBƏR LENTİ