14:11 Oxunub: 246

QUBADAN ÇOX PİS XƏBƏR: 3 körpü dağıdıb və...

QUBADAN ÇOX PİS XƏBƏR: 3 körpü dağıdıb və...
Qubada çayı keçmək istəyən iki avtomobil sel sularının altında qalıb.

APA-ın məlumatına görə, hadisə rayonun ucqar dağ kəndlərindən olan Yerfidə qeydə alınıb. Vəlvələçayını keçmək istəyən “Niva” və “UAZ” markalı nəqliyyat vasitəsi suyun altında qalıb. Nəqliyyat vasitələri suyun altından çıxarılıb.
Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, son günlərdə yağan güclü yağışlar və çaylarda suyun artması nəticəsində rayonun 3 müxtəlif kəndində körpüləri sel dağıdıb. Hazırda dəyən ziyanın aradan qaldırılması və körpülərin təmiri istiqamətində işlər aparılır.
XƏBƏR LENTİ