11:29 Oxunub: 193

“Aİ-95” markalı benzin ucuzlaşdı, bəs “Aİ-92”?.. - SOCAR-dan AÇIQLAMA

“Aİ-95” markalı benzin ucuzlaşdı, bəs “Aİ-92”?.. - SOCAR-dan AÇIQLAMA


"Aİ-95” markalı yanacağın qiyməti bu gündən 10 qəpik ucuzlaşaraq, 1 manat 10 qəpik olub. Dünya birjalarında neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda yerli istehsal olan "Aİ-92” markalı benzinin qiyməti dəyişmir.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov modern.az-ın sorğusuna cavab verib və bildirib ki, ucuzlaşmaya səbəb "Aİ-95” markalı benzinin idxal edilməsidir:

"Azərbaycanda istifadə edilən "Aİ-95” xaricdən idxal olunur və bazar qiymətlərinə alınır. Bazar qiymətləri dəyişəndə, ölkədə də həmin benzinin qiyməti dəyişir”.
Xatırladaq ki, "Aİ-95” premium markalı benzinin qiyməti martın 13-də 1 manat 50 qəpikdən 1 manat 20 qəpiyə düşüb.

Tarif Şurasının rəsmi açıqlamalarına görə, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması onunla əlaqədardır ki, "Aİ-92” markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclər (neftin istehsalı və emalına, vergiyə çəkilən və s.) dəyişməyib:

"Bu markadan olan benzin Azərbaycanda istehsal edildiyindən, dünya bazarında baş verən proseslər onun qiymətinə təsir etmir. Buna görə də hazırda benzinin qiymətinin dəyişdirilməsi məsələsini müzakirə edilmir. Azərbaycana idxal edilən "Premium-95" markalı benzinə gəlincə, onun ümumi istehlakda payı azdır (4-5 faiz) və Tarif Şurası bu markanın qiymətini tənzimləmir".
XƏBƏR LENTİ