13:34 Oxunub: 254

"Liverpul" qələbəsindən sonra "Qarabağ"ı yada saldı

"Liverpul" qələbəsindən sonra "Qarabağ"ı yada saldı

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirdikləri matçları xatırladıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis Çempionlar Liqasının 1/8 finalında "Liverpul"a 3:2 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra Ağdam klubuna qarşı görüşləri də yada salıb:

"Bu günlərdə biz "Sevilya"ya qarşı oynayırdıq. Həmin görüşdə qapılara 17 zərbə vurduq, amma qələbə qazana bilmədik. "Qarabağ" bizi Çempionlar Liqasından kənarlaşdırmışdı. Xatırlayırsınız? Bu futboldur. Əsas məsələ rəqibin zəif tərəflərini müəyyən etməkldir. Biz də "Liverpul"la görüşdə bunun öhdəsindən əla gəldik".

Qeyd edək ki, 2017/2018 mövsümündə qrup mərhələsindəki hər iki matçda "Qarabağ"a qalib gələ bilməyən (0:0, 1:1) Madrid təmsilçisi 3-cü yeri tutaraq, ÇL-dən kənarda qalıb.
XƏBƏR LENTİ