10:09 Oxunub: 319

Məktəb psixoloqlarının regional konfransı

Məktəb psixoloqlarının regional konfransı

İyunun 8-də Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə məktəb psixoloqlarının regional konfransı keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev məktəblərdə psixoloji işin təşkilinin əhəmiyyətindən danışıb. Ümumtəhsil müəssisələrində psixoloji xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri diqqətə çatdıran F.Həmzəyev bu məsələnin Təhsil Nazirliyinin xüsusi diqqət və nəzarətində olduğunu vurğulayıb. O, həmçinin valideynlərlə işin əhəmiyyətindən bəhs edib və məktəb psixoloqlarına müəyyən tövsiyələr verib.

Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə məktəblərdə psixoloji işin təşkilindən söz açıb.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov məktəb psixoloqlarının cəmiyyətdə rolu ilə bağlı fikirlərini qeyd edib, Təhsil Nazirliyi ilə birgə aparılan işlərdən danışıb.

Regional konfrans işini bölmə iclasları ilə davam etdirib.
XƏBƏR LENTİ