22:06 Oxunub: 205

Mask NASA-nın Aya uçmaq üçün yaratdığı raketi “yüzfaizlik faciə” adlandırdı

Mask NASA-nın Aya uçmaq üçün yaratdığı raketi “yüzfaizlik faciə” adlandırdı

“Tesla” və “SpaceX”in təsisçisi İlon Mask NASA tərəfindən yaradılan SLS super ağır raketini yüzfaizlik faciə adlandırıb.

“Gazeta.ru” xəbər verir ki, bu barədə Mask “Twitter” hesabında yazıb.

Maskın sözlərinə görə, SLS-in əsas problemi raketin təkrar istifadə oluna bilməməsindədir. Belə olan halda isə milyard dollar dəyərində raket hər buraxılışdan sonra məhv olur.

Xatırladaq ki, SLS-in ilk buraxılışı texniki problemlərə görə 2020-2021-ci illərə təxirə salınıb.
XƏBƏR LENTİ