15:56 Oxunub: 252
Doktorantura, sınaq, buraxılış və magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb - CƏDVƏL
Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə imtahan yanvarın 26-da keçiriləcək.
APA-nın Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən verdiyi xəbərə görə, fevralın 2-də magistraturaya qəbul olmaq istəyənlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı keçiriləcək.
Fevralın 16-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanı (I-IV ixtisas qrupları üzrə, II mərhələ) keçiriləcək.
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı fevralın 23-də keçiriləcək.
Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının (eləcə də əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart (1, 9, 15, 29 mart) ayında keçiriləcək.
Digər imtahanların qrafiki ilə buradan tanış olmaq mümkündür.
"Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur. Digər imtahanların da qrafiki müəyyən olunduqdan sonra KİV-də məlumat veriləcək və Mərkəzin saytının “təqvim” bölməsinə əlavə ediləcək. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik", -DİM-dən bildirilib.
2020-ci ilin ilk 3 ayı ərzində keçirilməsi nəzərdə tutulan imtahanların və tədbirlərin tarixləri
Tədbir
Tarix (2020-ci il)
Doktorantura və dissertanturaya qəbul olmaq istəyənlər üçün xarici dil imtahanı
QƏBUL İMTAHANI
26 yanvar
Sınaq imtahanı
18 yanvar
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına tələbə qəbulu
QƏBUL İMTAHANI
23 fevral
Sınaq imtahanı
02 fevral
Ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün sınaq imtahanı (I – IV ixtisas qrupları, 2-ci mərhələ )
16 fevral
Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu
QƏBUL İMTAHANI I mərhələ (əvvəlki illərin məzunları)
29 mart
Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (I mərhələ)
29 mart
Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan dili və ya rus dili
imtahanı (I mərhələ)
29 mart
Buraxılış imtahanları
İlk peşə-ixtisas təhsili müəssisələri
16 fevral
İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrinin şagirdləri üçün Azərbaycan
dili imtahanı
17 fevral
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət
1 mart
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət
9 mart
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət
15 mart
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ (eksternat qaydasında imtahan verənlər üçün)
29 mart
Dövlət qulluğuna qəbul
Elektron və ya kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanlar
26 yanvar, 16 fevral, 15 mart
Elektron sınaq imtahanları
17, 22, 29 yanvar
Vəkillər kollegiyasına üzv olmaq üçün elektron imtahan
31 yanvar
15:06