16:36 Oxunub: 199

Səfirlikdən hindistanlıların Şəhidlər Xiyabanında klip çəkdirməsinə MÜNASİBƏT

Səfirlikdən hindistanlıların Şəhidlər Xiyabanında klip çəkdirməsinə MÜNASİBƏT

Hindistanın Azərbaycandakı səfirliyi ölkəmizə gələn bir qrup hindistanlının Şəhidlər Xiyabanında klip çəkdirməsi məsələsinə aydınlıq gətirib.

Hindistan Səfirliyindən Oxu.Az-a bildirilib ki, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə yayımlanan video qurum tərəfindən pislənir:

“Videoda Şəhidlər Xiyabanına olan hörmətsizlik yer alır. Səfirlik bu addımı pisləyir, qınayır və məsələnin araşdırılması üçün Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqəli çalışır”.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Azərbaycana səfərə gələn bir qrup hindistanlının Şəhidlər Xiyabanında klip çəkdirməsi ilə bağlı videogörüntü yayılıb.

Onlar musiqi sədaları altında rəqs edərək və əylənərək, Şəhidlər Xiyabanından keçiblər. Klip narazılığa səbəb olub.
XƏBƏR LENTİ