16:14 Oxunub: 275

Putin cüdo üzrə altıncı dandan imtina edib: “Təəssüf ki, bu səviyyəyə çatmamışam”

Putin cüdo üzrə altıncı dandan imtina edib: “Təəssüf ki, bu səviyyəyə çatmamışam”

Yaponiyanın Olimpiya Komitəsinin və Cüdo Federasiyasının sədri Yasuhiro Yamasita Rusiya Prezidenti Vladimir Putinin qırmızı-ağ kəmər və cüdo üzrə altıncı dandan imtina etməsi barədə danışıb.

Bu barədə “RİA Novosti” məlumat verib.

“Demək lazımdır ki, o, texniki cəhətdən yüksək səviyyədə nümayiş keçirdi. Başa çatdırdıqdan sonra Kodokan direktoru ona altıncı dan vermək istədi. Kəməri Putinə verdi və bağlamasını istədi. Ancaq Putin imtina etdi.

Bu imtina zaldakıları bir qədər məyus etdi. Bu vaxt Putin mikrofonu götürdü və dedi: “Mən cüdoçuyam. Mən bu kəmərin və bu danın bütün çətinliyini gözəl anlayıram. Təəssüf ki, mən hələ bu kəməri daşıyacaq səviyyəyə çatmamışam.

Evə qayıdacam, daha çox məşq edəcəm və onda bu kəmərin tələblərinə uyğun olacam”. Bu sözlərdən sonra zalda alqış sədaları səsləndi”, - Yamasita bildirib.
XƏBƏR LENTİ