10:53 Oxunub: 245

Əhali ən çox pulu nəyə xərcləyib?

Əhali ən çox pulu nəyə xərcləyib?

2019-cu ilin yanvar-noyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitlərin miqdarı açıqlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, vəsaitlərin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Həmçinin hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 159,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 156,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.
XƏBƏR LENTİ