10:36 Oxunub: 213

Pentaqon rəhbəri Ərdoğanın hərbi baza təhdidinə cavab verdi

Pentaqon rəhbəri Ərdoğanın hərbi baza təhdidinə cavab verdi

Pentaqon rəhbəri Mark Esper Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonun Ankaraya qarşı sanksiyalar tətbiq edəcəyi halda İncirlik bazasının amerikalı hərbçilər üçün bağlanması ilə bağlı açıqlamasına münasibət bildirib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti informasiya yayıb.

Esper sözügedən informasiyanı ilk dəfə qəzetlər vasitəsilə əldə etdiyini vurğulayıb.

“Odur ki, mən onların, əslində, nəyi nəzərdə tutduqlarını və nə dərəcədə ciddi olduqlarını anlamaq üçün Türkiyə Müdafiə Nazirliyindən həmkarımla danışmalıyam”, - Esper bildirib.
XƏBƏR LENTİ