10:48 Oxunub: 235

Kafedə kişini öldürən şəxs məcbur qalıb polisə təslim oldu

Kafedə kişini öldürən şəxs məcbur qalıb polisə təslim oldu

Ötən gün günorta saatlarında kafedə Saatlı sakinini bıçaqlayan şəxs saxlanılıb.

Azerbaycaninsesi.com.az bildirir ki, bu haqda Oxu.az-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Cinayətkar Gürcüstan vətəndaşı İsmayılov Turxan İlham oğlu dindirmə zamanı günahı öldürülən şəxsdə görüb.

Xatırladaq ki, sentyabrın 3-də Bakıda, Mirmahmud Kazımovski küçəsi, 8 ünvanında yerləşən kafedə Saatlı rayon sakini, 43 yaşlı İsgəndərov Əflan Suvarağa oğlu qarın nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.

Şübhəli şəxs bu gün 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daha doğrusu, qohumlarına polisdən zəng gələndən sonra cinayətkar gizlənməyin mənasız olduğunu anlayaraq, özü polisə təslim olub.

Məlum olub ki, qətl 12 santimetr uzunluğu olan ov bıçağı ilə törədilib.

Saxlanan şəxsin sözlərinə görə, Ə.İsgəndərov onun yanında telefonla danışarkən söyüş söyüb və bu, T.İsmayılovun qəzəbinə səbəb olub. Onun Ə.İsgəndərovu ədəbli davranmağa vadar etmək cəhdi uğursuz olub və kişilər arasında ölümlə nəticələnən münaqişə yaranıb.

Faktla bağlı araşdırma davam edir.
XƏBƏR LENTİ