10:50 Oxunub: 253

Bakıda avtobus sürücüləri arasında dava düşüb

Bakıda avtobus sürücüləri arasında dava düşüb

Bakının Nizami rayonunda avtobus sürücüsü döyülüb.

Anews.az APA-ya istinadən xəbər verir ki, Qara Qarayev prospektində 70 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü 1954-cü il təvəllüdlü Əhmədov Hidayət İbrahim oğlu döyülərək xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona başın və kürək nahiyəsinin əzilməsi diaqnozu qoyulub.

İlkin məlumata görə, hadisə sürücülərin bir-birinə hərəkət üstünlüyü tanımaması səbəbindən baş verib. Sürücülər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır
XƏBƏR LENTİ