13:19 Oxunub: 282

Ağsuda yanğın olub, xəsarət alan var

Ağsuda yanğın olub, xəsarət alan var

Ağsu rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə Sonxeber.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.


Məlumata görə, Ağsu rayonunda ümumi sahəsi 64 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 5 m² sahədə və bitişik 56 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ