19:03 Oxunub: 233

SON DƏQİQƏ! Təhsil Nazirliyi vacib açıqlama yaydı

SON DƏQİQƏ! Təhsil Nazirliyi vacib açıqlama yaydı

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının yerləşdiyi ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı rəsmi açıqlama yayıb.

Oxu24.com xəbər verir ki, birgə açıqlamada deyilir:

Qərar layihəsində “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları üzrə təhsil almaq istəyən şəxslərin həmin ixtisaslara müvafiq bilik və bacarıqları nəzərə alaraq qeyd olunan ixtisasların II ixtisas qrupundan III ixtisas qrupuna keçirilməsi nəzərdə tutulur.

Qərar qəbul olunduğu halda sözügedən dəyişiklik 2021/2022-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olunmaq üçün sənəd verən abituriyentlərə deyil, 2022/2023-cü tədris ilində ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərə şamil olunacaqdır".
XƏBƏR LENTİ