19:56 Oxunub: 250

"VİMAY" klinikasında özbaşınalıqlar - FAKT/İDDİA

"VİMAY" klinikasında özbaşınalıqlar - FAKT/İDDİA
Əziz oxucular ölkəmiz daxilində baş verən qanunazidd əməllərindən biri də Kəmalə Mirzəyeva tərəfindən uğursuz əməliyyatların təfərüatları barədə sizlərə məlumat verərək bildiririk ki, 3 il müddətdən artıqdır Bakı şəhərində fəaliyyət göstərən özəl klinikalarda insan həyatı ilə oynayaraq aldığı külli miqdarda mənfəət əsasında güya plastik əməliyyat edərək insanlara sağlamlıq və gözəllik bəxş edəcəyi təqdirdə bir çox pasientlərə əzab-əziyyət verərək xeyli miqdarda vəsaitlərini ələ keçirərək bir çox insanların (yəni pasientlərin) həyatı ilə oynamaqda davam edir. Belə ki, ali təhsilini Rusiya Federasiyasında aldığını əlində bayraq tutaraq insanların həyatı ilə oynamasını nəzərə alsaq dəqiqliklə söyləyə bilərik ki, Kəmalə Mirzəyeva Rusiya Federasiyasında tibb sahəsi üzrə ali təhsil almasından dəqiq məlumatımız olmasa da əziz oxucular nəzərinizə çatdırırıq ki, Kəmalə Mirzəyevanın əlində bayraq etdiyi tibb təhsili üzrə diplom Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanınmayıb. Tibbi, kosmetoloq-cərrah kimi fəaliyyət göstərməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən və TƏBİB-dən heç bir sertifikasiya sənədi əldə etmədən pasientləri kor-koranə bəzi-bəzi özəl klinikalarda əməliyyat edərək səhətlərinə ciddi zərər vurmuşdur.
Redaksiyamıza daxil olan zərərçəkmiş pasientin şikayəti ərizəsi əsasından apardığımız araşdırmalar zamanı "Vimay Med-Clinic"-də peşəkar cərrah kimi hardasa 1 il bundan öncə başqa bir özəl klinikada əməliyyat edərək səhətinə və sağlamlığına fizeoloji qurluşuna ciddi zərər vurduqdan sonra hal-hazırda təxminən 10.07.2024-cü il tarixdə "Vimay Med-Clinic" da ikinci dəfə zərərçəkmiş pasienti Rauf adlı plastik cərrahla ikinci dəfə əməliyyat etmişdir. Bu barədə 23.07.2024-cü il tarixdə "Vimay Med-Clinic" baş həkimi Nicat Qaçaylı ilə görüşüb əməliyyat barədə mövqeyini bildirməyini soruşduq. "Vimay Med-Clinic" baş həkimi Nicat Qaçaylı bizim suallarımıza irad bildirərək söylədi ki, Kəmalə Mirzəyeva plastik cərrah kimi bizim klinikada fəaliyyət göstərmir, heç bir əmək müqaviləsi bağlamamışıq və həmən xanımı, yəni Kəmalə Mirzəyevanı diplomu Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmayıb və Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən bu günkü kimi heç bir sertifikat verilməyib. Belə olduğu təqdirdə "Vimay Med-Clinic"-in baş həkimi Nicat Qaçaylıya sual ünvanladıq ki, necə ola bilir ki, əmək müqaviləsi bağlamadan, heç bir sertifikatı olmadan Kəmalə Mirzəyeva plastik cərrah sayılan bu xanım necə ola bilir ki, sizin klinikada bir il bundan öncə Medaura klinikasında əməliyyat etdiyi pasienti 10.07.2024-cü il tarixdə plastik cərrah kimi kollegiya üzvü olan Rauf adlı plastik cərrahla birlikdə ikinci dəfə plastik əməliyyat icra edirlər. Bütün bu suallarımıza baş həkim Nicat Qaçaylı irad tutaraq söyləyir ki, bizim klinikada Kəmalə Mirzəyeva adında həkim işləmir, bizimlə heç bir əmək müqaviləsi yoxdur. Baş həkim Nicat Qaçaylının bütün fikir və mövqelərini inkar edərək "plastik cərrah" Kəmalə Mirzəyeva özü etiraf edir ki, Rauf adlı plastik cərrahla özüm əməliyyat keçirmişəm, heç bir problem olmayacaq, hər şeyə görə də özüm cavabdehəm. Belə olduğu təqdirdə bir daha qərara gəlmək olar ki, Kəmalə Mirzəyeva həqiqəti söylədiyi kimi "Vimay Med-Clinic" ikinci əməliyyatı keçirmişdir. Bu faktı "Vimay Med-Clinic" baş həkimi Nicat Qaçaylı danır.
Araşdırmalarımız davam edir.
"Vimay Med-Clinic" baş həkimi Nicat Qaçaylının, həmin klinikanın plastik LOR həkimi Rauf bəyin və həmin klinikada qeyri-qanuni fəaliyyət göstərən pasientlərin sağlamlığı və həyatı ilə oynayan Kəmalə Mirzəyevanın da mövqeyini dərc etməyə hazırıq.
Ardı var... Sizi daha şok faktlarla tanış edəcəyik.
"VİMAY" klinikasında özbaşınalıqlar - FAKT/İDDİA
"VİMAY" klinikasında özbaşınalıqlar - FAKT/İDDİA
"VİMAY" klinikasında özbaşınalıqlar - FAKT/İDDİA
XƏBƏR LENTİ