14:28 Oxunub: 226

"Xarıbülbül" festivalı Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi

"Xarıbülbül" festivalı Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi


Tolerantlığı ilə dünyaya nümunə göstərilən Azərbaycanda multikulturalizmin dərin kökləri vardır. Vurğulamaq lazımdır ki, müasir dövrdə multikulturalizm, eyni zamanda, Azərbaycan cəmiyyətinin dünyaya özünü tanıtdırmaq rəmzi kimi xarakterizə olunmaqdadır. Təsadüfi deyil ki, Azərbaycan dünyanın ən tolerant ölkələri siyahısında ilk beşlikdə yer alır. Multikulturalizm ölkəmizin dövlət siyasətində aparıcı yer tutur. Milli, dini fərqliliyi mədəniyyətimizin zənginliyi kimi qavramamız və təqdim etməyimiz ölkəmizdə bu istiqamətdə aparılan siyasətin uğuru kimi dəyərləndirilir. Təsadüfi deyil ki, Şuşada keçirilən "Xarıbülbül" festivalı da Azərbaycanın multikultural mədəniyyətini növbəti dəfə dünyaya nümayiş etdirdi.
Bəllidir ki, Ermənistanın rəsmi təbliğatı, xüsusi qurumları münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini, etnik, linqvistik icmalar arasında təfriqə yaratmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparmış, bu məqsədlə mərkəzlər, təşkilatlar, KİV-lər qurulmuş, milyonlarla vəsait xərclənmişdi. Bu işdə xaricdəki erməni lobbisi, onların havadarları da kifayət qədər fəaliyyət göstəriblər. 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə bu təbliğatın, bu fəaliyyətin öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydu. Eyni zamanda, Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində bu qədər diqqət ayrılmasının da nə qədər düzgün siyasət olmasını sübut etdi. Möhtərəm Prezidentimiz "Xarıbülbül" festivalının açılışında bildirdi ki, Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Birmənalı şəkildə qeyd edilməlidir ki, Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi vardır. Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki "Xarıbülbül" festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi.

Abbas Məmmədov,
YAP Salyan rayon təşkilatının İdarə heyətinin üzvü.
XƏBƏR LENTİ