12:08 Oxunub: 257

Azərbaycan ordusu dövlətin dayağı, xalqın güvənc yeridir

Azərbaycan ordusu dövlətin dayağı, xalqın güvənc yeridir

İlham Əliyev: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var”!
Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki hər bir müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələdən keçmişdir. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik nizami ordusu var.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Əlahiddə Azərbaycan korpusu yaradıldı. Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir. Yarandığı gündən bu günə kimi Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədə olmuşdur.
Bu bir həqiqətdir ki, Azərbaycan ordusu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirib, qısa bir müddətə silinməz bir tarix yazdı. Ali Baş Komandanın bir əmri kifayət etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etdi.
Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırki tarixi şəraitdə arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan ordusudur. Bu gün Azərbaycan ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib.
İşğalçı Ermənistanın ordusunu artıq Azərbaycanın silahlı qüvvələri ilə müqayisə etmək ən azından sadəlövhlük olardı. Azərbaycan ordusunu yalnız dünyanın ən inkişaf etmiş dövlətlərinin silahlı qüvvələri ilə müqayisə etmək olar. Xalqımız öz silahlı qüvvələri ilə fəxr edir, hər bir azərbaycanlı ailəsi öz övladını çox həvəslə ordu sıralarında qulluğa göndərir. Güclü ordu Azərbaycanın müstəqilliyinin zəmanətlərindən biridir.
Azərbaycan ordusu bu gün öz dövlətinin yeni tarixini yazdı. Azərbaycan xalqı ən şərəfli anları yaşadı. Azərbaycan xalqının həsrətinə son qoyuldu. Rəşadətli ordumuz torpaqları öz sahibinə qaytardı. Bütün dünya bilməlidir ki, Qarabağ bizim əbədi, əzəli torpağımız, ocağımızdır.
Ordumuzun əzmi, qüdrəti sayəsində tariximizin şanlı səhifələri yazıldı. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Bizim ordumuz, qəhrəman oğullarımız dağlardan, dərələrdən keçərək, sıldırım qayaları dəf edərək düşməni məhv etdi. Biz bu qələbəni peşəkarlıq hesabına, milli ruh hesabına qazandıq. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını azad edəcək.
Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır. Yaşasın müzəffər Azərbaycan ordusu!

Xöşbəxt Feyzullayeva,
Salyan Peşə Liseyinin müəllmi
XƏBƏR LENTİ