14:42 Oxunub: 252

"Mehriban Əliyeva hər zaman öz humanist addımları ilə diqqət çəkib" - Qasımov Ramin

"Mehriban Əliyeva hər zaman öz humanist addımları ilə diqqət çəkib" - Qasımov Ramin

"Mehriban Əliyeva hər zaman öz humanist addımları ilə diqqət çəkib" - Deputat"44 günlük Vətən müharibəsi və pandemiya dövründə cənab Prezident və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva atdıqları humanist addımları ilə xalqımıza verdikləri dəyəri bir daha sübut etmiş oldular".

Bu sözləri azerbaycaninsesi.com.az danışan baş həkim Ramin Qasımov deyib.

O vurğulayıb ki, bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin ən güclü təbliğatçısıdır:

"Ali Baş Komandanlığın rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusu 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi. Heç kəsə sirr deyil ki, cənab Prezident İlham Əliyev istər 44 günlük Vətən müharibəsi, istərsə də sonrakı dövrdə ölkəmizə qarşı yönəlmiş bütün təzyiqlərin qarşısında təkbaşına dayanaraq, bu savaşda Azərbaycanın haqlı tərəf olduğunu göstərərək, ərazi bütövlüyünün bərpasına nail oldu. Bununla da Ali Baş Komandan İlham Əliyev uzun müddətdən sonra öz adını Azərbaycan tarixinə ərazi bütövlüyümüzün bərpasına nail olan güclü sərkərdə kimi yazdırdı. Bu çətin dövrdə birinci xanım Mehriban Əliyeva həm həyat yoldaşı, həm də Birinci vitse-prezident kimi Ali Baş Komandan İlham Əliyevə dəstək olaraq, heç bir zaman unutmayacağımız qələbə sevincini bizə yaşatdı".

Qasımov Ramin vurğulayıb ki, Mehriban Əliyeva istər Heydər Əliyev Fonduna rəhbərlik etdiyi müddətdə, istərsə də Milli Məclisdə fəaliyyəti zamanı hər vaxt öz humanist addımları ilə diqqət çəkib:

"Dövlətçiliyimizin möhkənləndirilməsi, qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində Mehriban Əliyevanın misilsiz rolu və əməyi var. Onun xüsusi təqdimata ehtiyacı yoxdur. Çünki Mehriban xanım fəaliyyəti dövründə hər zaman Azərbaycanın haqq səsini dünyaya çatdırmaq yönündə addımlar atıb. Ən önəmlisi, o, Azərbaycan mədəniyyətini, Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə lazımi səviyyədə tanıdıb. Azərbaycan muğamı bu gün, demək olar ki, bütün dünyada qəbul olunur və sevə-sevə dinlənilir. Bununla yanaşı, bir çox beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsində Mehriban xanımın əvəzsiz xidmətləri olub. "Eurovision" mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın uğurlu fəaliyyəti nəticəsində mümkün olub".

Ramin Qasımov qeyd edib ki, humanist addımları ilə hər bir Azərbaycan vətəndaşının sevgisini qazanan Mehriban xanımın təşəbbüsü ilə qəbul olunan amnistiya aktları nəticəsində minlərlə məhkum azadlığına və sevdiklərinə qovuşub:

"Bundan əlavə, Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün davamlı addımlar atılır. Onun şəhid ailələrinə və onların övladlarına olan qayğısını xüsusi vurğulamaq istəyirəm. Bilirsiniz ki, Tovuz döyüşləri və Vətən müharibəsi dövründə şəhid alələrinə, erməni vandalizmi nəticəsində evlərini, yaxınalarını itirən vətəndaşlara Mehriban xanımın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən yardımlar edildi. Ən önəmlisi isə, hələ də erməni terrorçuların Azərbaycan torpaqlarından tam çıxarılmadığına baxmayaraq, cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın, öz canlarını təhlükəyə ataraq, işğaldan azad edilmiş bölgələrimizə səfəri bir daha onların dövlətimizə, xalqımıza bəslədikləri sevginin bariz nümunəsidir.

Yeri gəlmişkən, sabah Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ad günüdür. Mehriban xanımı ad günü münasibəti ilə təbrik edir, ona can sağlığı, ağır və şərəfli işində uğurlar arzulayram. Allah cənab Prezidentimizi və birinci xanım Mehriban Əliyevanı qorusun".

Qasımov Ramin,
Salyan rayon mərkəzi Xəstəxanasının baş həkimi
XƏBƏR LENTİ