14:53 Oxunub: 216

Elza Seyidcahanın döyülməsi ilə bağlı DİN araşdırmalara başladı

Elza Seyidcahanın döyülməsi ilə bağlı DİN araşdırmalara başladıFevralın 9-u parlament seçkilərində namizədliyini irəli sürən əməkdar artist Elza Seyidcahan bacısı və özünün döyülməsi ilə bağlı iddia irəli sürüb.

Anews.az xəbər verir ki hazırda o Bakıda xəstəxanaların birinə yerləşdirilib. Vəziyyəti yaxşı deyil.

Elza Seyidcahanın döyülməsi ilə bağlı DİN-in mətbuat xidmətindən anews.az-a bildirdilər ki, hadisə ilə bağlı Şabran rayon polis bölməsində araşdırma aparılır.

Əməkdar artistin bununla bağlı izahatı da alınıb.

Araşdırmalar bitəndən sonra məlumat verə bilərik.
XƏBƏR LENTİ