26 dek 10:05 Oxunub: 50

Könül Abbasova: Haqq-ədalət öz yerini tapacaq

Könül Abbasova: Haqq-ədalət öz yerini tapacaq

Bir neçə gün bundan öncə ölkə mətbuatında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin sabiq baş həkimi Könül Abbasova ilə bağlı neqativ informasiya yayılmışdı. Məsələ ilə bağlı sabiq baş həkimlə əlaqə yaratdıq. O, açıqlamasında bildirdi ki, mətbuatda dərc olunan məlumatlar həqiqəti əks etdirmir daha dəqiq dəsək cəfəngiyyatdır. Könül Abbasova onu da bildirdi ki, 2018-ci ildən etibarən ölkə rəhbərinə və aidiyyatı qurumlara məktublar ünvanlayır. İnanıram ki, müraciətim obyektiv şəkildə araşdırılacaq və məsələ öz müsbət həllini tapacaq. Sonda qərarı ədalətli məhkəmə verəcəkdir. Odur ki, məhkəmənin qərarı olmadan məni kimlərsə ittiham etməsin. Dövlətimiz və dövlət başçımız var olsun.
XƏBƏR LENTİ