
21 dek 18:03 Oxunub: 26
TƏBİB-dən rüşvət ittihamlarına cavab: “Belə hallar mümkündür”
“Bu günlərdə koronaviruslu pasiyentlərin xəstəxanaya yerləşdirilməsi zamanı rüşvət alınması barədə şikayətlər oldu. Açıqlama verdik, belə bir fakt varsa, əlaqə saxlayın, məlumat verin. Bununla bağlı xüsusi nömrə də ayrılıb. Bir daha qeyd edirəm ki, (051) 513-15-42 nömrəsi ilə əlaqə saxlaya və ya info@tabib.gov.az email ünvanına yaza bilərsiniz”.
Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış özünün “Facebook” səhifəsində paylaşdığı statusunda qeyd edib.
TƏBİB rəsmisi belə halların mümkün olduğunu bildirib:
“Belə hallar mümkündür, ortada insan faktoru var. Ölkədə yüzlərlə səhiyyə müəssisəsi və minlərlə tibb işçisi fəaliyyət göstərir. Təxminən 100 nəfərlik əməkdaşla 100 000 nəfərlik bir heyətin bütün üzvlərinə nəzarət etmək üçün fiziki imkanımız yoxdur. Ona görə də sizdən kömək istədik. Topladığımız bütün tutarlı faktları araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndəririk”.
28-12-2020, 16:45
Prezident beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni yolun açılışında - FOTO
28-12-2020, 13:13
Özünü vəzifəli şəxs kimi qələmə verərək dələduzluq edən Şirvan sakininə qarşı cinayət işi başlandı
26-12-2020, 14:36
Ermənistan SES Azərbaycanın nəzarətinə keçdi – ABŞ şirkəti 180 milyon dollara almışdı…
10-06-2020, 14:21
Qobustan rayonunda yerləşən 7 – saylı yol istismarı MMC direktoru 70 yaşlı Əlikram Cavadov 30 ildən artıq müddət ərzində dövlət büdcəsini talamaqla məşğuldur .
18-07-2019, 10:39
Əhməd Əhmədzadə bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
10-08-2020, 12:56