13:26 Oxunub: 321

Azərbaycanda Qurban bayramı bu tarixdə qeyd olunacaq

Azərbaycanda Qurban bayramı bu tarixdə qeyd olunacaq

Avqustun 12-si və 13-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək".

Anews.az ONA-ya istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib:

"Dini təqvimə əsasən, Qurban bayramı hər zaman Zilhiccə ayının 10-u qeyd edilir. Bir çox ölkələrdə Qurban bayramı 3 gün qeyd olunur. Məkkədə Həcc ziyarətində olanlar da bayramı 3 gün qeyd edirlər, yəni qurbanı 3 gün ərzində kəsmək olar".

Sədr müavini avqustun 1-dən 6-a qədər Həcc ziyarəti ilə bağlı müraciətlərin davam edəcəyini qeyd edib.
XƏBƏR LENTİ