17:57 Oxunub: 4 108

“Abşeronneft”in dəniz yataqlarındakı özül və estakadalarda əsaslı təmir işləri aparılıb

“Abşeronneft”in dəniz yataqlarındakı özül və estakadalarda əsaslı təmir işləri aparılıb

“Azneft” İstehsalat Birliyinin (İB) “Abşeronneft” Neft və Qazçıxarma İdarəsində (NQÇİ) neft-mədən və sosial-məişət infrastrukturunun inkişafına dair müşavirə keçirilib.

“Report” “Azneft”ə istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Trestinin müdiri Əliş Həsənov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov, “Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abasov və digər rəhbər şəxslərin iştirakı ilə baş tutan toplantıda çıxış edən “Azneft” İB-nin Baş direktoru Daşqın İskəndərov “Abşeronneft” NQÇİ-nin neft-qaz hasilatı üzrə 7 aylıq göstəricilərinin kifayət qədər yüksək olduğunu bildirib: “Ötən dövrdə özül və estakadalarda əsaslı təmir işləri aparılıb, qazmadan yeni quyular alınıb. Hazırda bu proses davam edir. Qarşıya qoyulan vəzifələri icra etmək üçün mövcud imkanlardan maksimum dərəcədə istifadə etmək lazımdır”.

Daha sonra “Abşeronneft” NQÇİ-nin rəisi Şahmar Hüseynov idarənin neft-qaz hasilatı üzrə plan tapşırıqların yerinə yetirilməsi və illik plana dair təqdimatla çıxış edib. O, “Qərbi Abşeron” və “Darvin Bankası” yataqlarında görülən işlər, tikintisi tamamlanan özüllər və həyata keçiriləcək qazma işləri barədə də məlumat verib.

Müşavirədə müxtəlif təkliflər səsləndirilib, qarşıda duran vəzifələr müzakirə edilib.
“Abşeronneft”in dəniz yataqlarındakı özül və estakadalarda əsaslı təmir işləri aparılıb
“Abşeronneft”in dəniz yataqlarındakı özül və estakadalarda əsaslı təmir işləri aparılıb
XƏBƏR LENTİ